“Virus əleyhinə olan dərmanların evdə qəbulu məsləhət deyil”

“Virus əleyhinə olan dərmanların evdə qəbulu məsləhət deyil”

Nadir Zeynalov: “Vitamin və mikro elementlərlə bağlı apteklərdə qıtlıq olduğunu düşünmürəm”

 

“Virus əleyhinə olan dərmanlar, ümumiyyətlə ev şəraitində müalicə üçün tövsiyə olunmur. Bu dərmanlar kifayət qədər yan və toksik təsirlərə malikdir”.

 

AYNA xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Aparat rəhbəri Nadir Zeynalov Nazirlər Kabineti yanında Operativ Qərargahın bugünkü brifinqində deyib.

 

“Vitamin və mikro elementlərlə bağlı isə apteklərdə qıtlıq olduğunu düşünmürəm. Yüngül əlamətləri olan və poliklinikalarda qeydiyyata alınmış xəstələrə immun sistemini gücləndirən dərmanların – vitamin və mikro elemnetlərin pulsuz çatdırılması təşkil olunur”, - o bildirib.

 

Nadir Zeynalov onu da qeyd edib ki, hazırda Bakı şəhəri üzrə ambulator şəraitdə, yəni evdə müşahidə altında 10 min 202 vətəndaş var: “Bu xəstələrin arasında simptomsuz olan, yüngül əlamətlərlə keçirən və uşaqlar da var. Bunun regionlarda tətbiqinə gəldikdə isə, hələlik buna ciddi zərurət yoxdur”.

Müəllif: Ayna.az      10 İyul 2020 18:25
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin