Yeni salınmış məhəllənin bitməyən problemləri: Məktəb yox, yol yox – VİDEO

Yeni salınmış məhəllənin bitməyən problemləri: Məktəb yox, yol yox –     VİDEO

Suraxanı Rayon İcra Hakimiyyəti problemlərdən xəbərdardırlar

 

Suraxanı rayonun Quşçuluq fabriki ərazisində yeni salınmış yaşayış məhəlləsinin problemləri bitib tükənmir. AYNA “Baku” TV-yə istinadən xəbər verir ki, şəhərcikdə məskunlaşmış 300-dən çox ailə yolsuzluqdan, məktəbsizlikdən, kanalizasiya, rabitə və internet xəttinin olmamasından əziyyət çəkirlər. Sakinlərin sözlərinə görə, indiyə qədər yaşadıqları yerdə avtobuslar fəaliyyət göstərirmiş. Lakin sonradan nə baş veribsə, avtobuslar da onlardan üz döndərib. Ərazinin çəkiliş apardığımız hissəsində su problemi olmasa da, digər hissəsindəki sakinlər susuzluqdan dilə gəliblər.

 

Məsələ ilə bağlı Suraxanı Rayon İcra Hakimiyyətinin şöbə müdiri Xanoğlan Allahverdiyev bildirib ki, problemlərdən xəbərdardırlar. Həmin yaşayış massivindəki problemlər dövlət proqramına uyğun olaraq aradan qaldırılıcaq.

 

"Dövlət proqramı var. Həmin proqrama uyğun olaraq Suraxanı rayonu ərazisindəki o yaşayış massivində olan problemlər, yol, məktəb, rabitə və internet problemləri öz həllini tapacaq. Dövlət proqramı 2019-2023-cü illəri əhatə edir”, - deyə şöbə müdiri əlavə edib.

Müəllif: Ayna.az      5 İyul 2020 17:05
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin