“Pandemiya beynəlxalq sülh və təhlükəsizliyə təhdid kimi xarakterizə olunmalıdır”

“Pandemiya beynəlxalq sülh və təhlükəsizliyə təhdid kimi xarakterizə olunmalıdır”

Prezidentin köməkçisi: “Ermənistan Prezident İlham Əliyevin BMT Baş Assableyasının xüsusi sessiyasının çağırılmasına qarşı çıxıb”

 

“Qlobal xarakter daşıyan koronavirus pandemiyasına qarşı qlobal fəaliyyət formalaşdırılmalı idi. Virusa ilk yoluxmanın qeydə alındığı 6 aydan artıq müddətdə qlobal səviyyədə həmrəylik tam formalaşdırılmayıb”.

 

AYNA xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bugünkü brifinqində deyib.

 

“Prezident İlham Əliyev tərəfindən qlobal həmrəylik təşəbbüsü göstərilib. Ona görə də BMT prosedurlarına uyğun olaraq, qarşıdakı 15 gün ərzində BMT Baş Assambleyasının (BA) xüsusi sessiyasının keçirilməsi təmin edilməlidir. Problemlə mübarizədə qlobal həmrəylik olmalıdır. Dünyanın bu təşəbbüsə ehtiyacı var və müxtəlif dövlət başçıları tərəfindən Prezident İlham Əliyevə ünvanlanan müraciətlərdə bu, əksini tapıb”, - Hacıyev bildirib.

 

O, qeyd edib ki, COVID-19 məsələsinin beynəlxalq sülh və təhlükəsizliyə təhdid kimi xarakterizə olunması qlobal təhlükəsizliyə töhfə olardı: “Ermənistanda vəziyyət daha acınacaqlıdır. Onlar rəqəmləri gizlədir, düzgün məlumat vermirlər. Buna baxmayaraq, Ermənistan Prezident İlham Əliyevin BMT Baş Assableyasının xüsusi sessiyasının çağırılmasına qarşı çıxıb, BMT Baş Katibinə məktub yazıb”.

Müəllif: Ayna.az      30 İyun 2020 18:44
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin