Xüsusi karantin rejimi uzadıla bilər

Xüsusi karantin rejimi uzadıla bilər

Hikmət Hacıyev: “Karantin rejiminin iki həftə artırılması ilə bağlı fikirlər var”

 

“Koronavirus müharibədir və davam edir. 5 iyul tarixinə kimi sərtləşdirilmiş karantin rejimi tətbiq edilir”.

 

AYNA xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bugünkü brifinqində deyib.

 

O bildirib ki, bundan sonra da karantin rejiminin 2 həftə artırılması ilə bağlı fikirlər və rəylər var: “Bununla bağlı da məlumat veriləcək”.

 

Hacıyev onu da qeyd edib ki, Operativ Qərargah Prezidentin və Birinci vitse-prezidentin xüsusi diqqəti altında fəaliyyət göstərir.

Müəllif: Ayna.az      30 İyun 2020 18:14
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin