Pompeo “Taliban” rəhbərlərindən biri ilə danışıqlar aparıb

Pompeo “Taliban” rəhbərlərindən biri ilə danışıqlar aparıb

Tərəflər ABŞ və “Taliban” arasında imzalanan sülhün reallaşmasını müzakirə ediblər

 

ABŞ-ın dövlət katibi Maykl Pompeo “Taliban” qruplaşmasının rəhbərlərindən olan Abdullah Qəni Baradarla danışıqlar aparıb. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə “Taliban”ın nümayəndəsi Suheyl Şahin məlumat verib.

 

Onun bildirdiyinə görə, tərəflər ABŞ və “Taliban” arasında fevral ayında imzalanan sülh sazişinin reallaşmasını müzakirə ediblər. Müzakirələr ABŞ-ın Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zalmay Xəlilzadın Doha, İslamabad və Daşkəndə səfərləri fonunda video konfrans formatında baş tutub.

 

Xatırladaq ki, fevralın 29-da ABŞ və “Taliban” hərəkatı arasında imzalanmış sülh sazişinə əsasən, Birləşmiş Ştatlar və müttəfiqləri 14 ay ərzində öz qoşunlarını Əfqanıstandan çıxarmalıdır. “Taliban” isə öz növbəsində ölkə ərazisini Birləşmiş Ştatlar və müttəfiqlərinin təhlükəsizliyinə təhlükə törədəcək fəaliyyət üçün istifadə etməyəcəkləri barədə zəmanət verib. 

Müəllif: Ayna.az      30 İyun 2020 16:38
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin