Qrantlarla bağlı qanuna dəyişiklik təsdiqlənib

Qrantlarla bağlı qanuna dəyişiklik təsdiqlənib

QHT-lər qrant müqavilələrinin elektron sistemlə qeydə alınması üçün müraciət edə bilərlər

 

Milli Məclisin bu gün keçirilən iclasında “Qrant haqqında” qanunun 4-cü maddəsinə əlavə üçüncü oxunuşda müzakirəyə çıxarılıb. AYNA xəbər verir ki, təklif olunan 4.3-cü maddəyə əsasən, QHT-lər qrant müqavilələrinin elektron sistem vasitəsilə qeydə alınması üçün müraciət edə bilərlər.

 

Bu zamana qədər QHT-lər qrant müqavilələrini Nazirlər Kabinetinin 2015-ci il 5 iyun tarixli 216 nömrəli qərarı ilə təsdiqlənmiş qaydalara əsasən alırdılar. Qanuna dəyişiklikdən sonra isə QHT-lər həm də müvafiq icra hakimiyyəti orqanının elektron məlumat sistemi vasitəsilə qrant müqavilələrini qeydə aldırmaq imkanına malik olacaqlar. Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Müəllif: Ayna.az      30 İyun 2020 11:37
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin