Beynəlxalq axtarışda olan şəxs Bakıda saxlanılıb

Beynəlxalq axtarışda olan şəxs Bakıda saxlanılıb

Davud Ağayev Ukraynada iki il əvvəl qətl törədib

 

2018-ci il iyulun 3-də Ukraynanın paytaxtı Kiyevdə yerləşən restoranlardan birində Azərbaycan vətəndaşı Davud Ağayevi “Makarov” markalı tapançadan açılan atəşlə qətlə yetirməkdə şübhəli bilinən şəxs Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən uğurlu əməliyyat nəticəsində Bakıda saxlanılıb.

 

Daxili İşlər Nazirliyindən AYNA-ya verilən xəbərə görə, Baş İdarə əməkdaşlarının keçirdikləri əməliyyat zamanı Ukrayna Cinayət Məcəlləsinin 115-ci (qəsdən adamöldürmə) maddəsi ilə beynəlxalq axtarışda paytaxt sakini Yasin Həsənov tutulub.

 

Araşdırma zamanı məlum olub ki, Yasin Həsənovun qətlə yetirdiyi şəxslə əvvəlcədən ədavəti olub. Belə ki, 2013-cü ildə Davud Ağayev Yasin Həsənova Kiyev şəhərində odlu silahdan atəş açaraq onu yaraladığından sonuncu intiqam almaq məqsədi ilə bir neçə il sonra həmin hadisəni törədib. Faktla bağlı Baş İdarədə Yasin Həsənov ətrafında əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Müəllif: Ayna.az      22 İyun 2020 17:31
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin