Avtomobilin yanacaq çənində 217 ədəd mobil telefon aşkar edilib - FOTOLAR

Avtomobilin yanacaq çənində 217 ədəd mobil telefon aşkar edilib -     FOTOLAR

“iPhone 11” və “Samsung S20” markalı telefonların qanunsuz gətirilməsinin qarşısı alınıb

 

Dövlət Gömrük Komitəsinin Əməliyyat İstintaq Baş İdarəsinin Əməliyyat İdarəsinə Rusiya Fedserasiyasından ölkəmizə qaçaqmalçılıq yolu ilə xeyli sayda mobil telefonların gətiriləcəyi barədə əməliyyat məlumatı daxil olub.

 

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AYNA-ya verilən xəbərə görə, həmin məlumat əsasında Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinin əməkdaşları tərəfindən Rusiya Federasiyası istiqamətindən “Samur” gömrük postunun idxal nəzarəti xəttinə daxil olan Azərbaycan Respublikası vətəndaşı Cavadov Əlyar Sərdar oğlunun idarə etdiyi “SCANİA R420” markalı, 99

UR142/42ZA485 dövlət  qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Yoxlama zamanı avtomobilin yanacaq çəninin içərisindən gömrük nəzarətindən gizlədilən, polietilen paketlərə sarınmış şəkildə 202 ədəd  müxtəlif versiyalı  “iPhone 11”  markalı və 15 ədəd “Samsung S20” markalı, ümumilikdə 217 ədəd mobil telefonlar aşkar edilib. Faktla bağlı araşdırma aparılır.

Fotoları təqdim edirik
Müəllif: Ayna.az      22 İyun 2020 16:14
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin