Türkiyə xüsusi təyinatlıları “Pəncə Qaplan” əməliyyatına qatılıb

Türkiyə xüsusi təyinatlıları “Pəncə Qaplan” əməliyyatına qatılıb

“Könlündə vətən və millət eşqi, çiynində 40 kiloqramlıq yük”

 

Türkiyə xüsusi təyinatlıları PKK terrorçularına qarşı keçirilən “Pəncə Qaplan” əməliyyatına dəstək vermək üçün İraqın şimalına göndərilib. AYNA-nın xəbərinə görə, bu barədə Türkiyənin Müdafiə Nazirliyi məlumat yayıb.

 

“Komandos olmaq çətindir. Könlündə vətən və millət eşqi, çiynində 40 kiloqramlıq yük. Qəhrəman komandoslarımız dünən axşam 40 kiloqramlıq çantalarının hazırlıqlarını görərək “Pəncə Qaplan” əməliyyatına qatılmaq üçün sərhədi keçdi”, - məlumatda qeyd olunub.

Müəllif: Ayna.az      22 İyun 2020 06:01
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin