İngiltərədə şagirdlərdən öz dəfn mərasimini təsvir etmək istənildi

İngiltərədə şagirdlərdən öz dəfn mərasimini təsvir etmək istənildi

Təhsil müəssisəsi anketlərin səhvən şagirdlərə göndərildiyini bildirərək üzr istəyib

 

İngiltərənin Leyçester şəhərində yerləşən Müqəddəs Paul kilsəsindəki məktəbin səkkizinci sinif şagirdlərindən öz cənazələri haqqında esse yazmaları istənilib. AYNA xarici mətbuata istinadən bildirir ki, məktəblilərə bununla bağlı suallar olan anket göndərilib.

 

Anketdə şagirdlərdən məzarlarında hansı çiçəkləri görmək istədikləri və dəfn mərasimi zamanı hansı musiqinin səsləndirilməsini arzuladıqları haqqında suallar yer alıb. Bundan başqa, məktəblilərdən dəfn olunmaq istədikləri tabutun dizaynını təsvir etmələri istənilib.

 

Təhsil müəssisəsi anketlərin səhvən şagirdlərə göndərildiyini bildirərək üzr istəyib.

Müəllif: Ayna.az      21 İyun 2020 13:22
Maraqlı bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin