İki həftəlik xüsusi karantində əhaliyə yardım verilməsi məsələsinə baxılır

İki həftəlik xüsusi karantində əhaliyə yardım verilməsi məsələsinə baxılır

Samir Şərifov: “Müvafiq qərarlar qəbul olunacaq”

 

Milli Məclisin bu gün keçirilən iclasında Maliyyə naziri Samir Şərifov ölkənin iqtisadi vəziyyətinə toxunub. AYNA-nın xəbərinə görə, nazir deyib ki, koronavirus pandemiyası nəticəsində iqtisadi fəallıq zəifləyib.

 

“2021-ci ilin dövlət büdcəsinin layihəsinin hazırlanması prosesi artıq başlayıb. Kifayət qədər səmərəli büdcə formalaşdırılacaq. Mövcud şəraitə baxmayaraq, biz büdcəni vaxtında hazırlayıb çatdırmaq iqtidarındayıq", nazir qeyd edib.

 

S.Şərifov tətbiq ediləcək 2 həftəlik xüsusi karantin müddətində vətəndaşlara edilə biləcək yardıma da münasibət bildirib. Nazirin sözlərinə görə, 2 həftəlik xüsusi karantin rejimi ilə bağlı da bəzi müzakirələr aparılır: “Bu məsələyə baxılır, müvafiq qərarlar qəbul olunacaq”.

Müəllif: Ayna.az      19 İyun 2020 13:14
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin