“Qara qızıl”ın qiyməti yenidən ucuzlaşır

“Qara qızıl”ın qiyməti yenidən ucuzlaşır

Azərbaycan neftinin biqməti isə bir az da artıb

 

Dünya birjalarında neftin qiyməti yenidən ucuzlaşır. AYNA-nın xəbərinə görə, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,18 dollar geriləyərək 40,53 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,35 dollar ucuzlaşaraq 37,61 dollar təşkil edib.

 

Azərbaycan neftinin qiyməti isə bahalaşıb. Belə ki, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,33 dollar artaraq 42,04 dollar təşkil edib.

 

Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti bu il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

Müəllif: Ayna.az      18 İyun 2020 10:58
İqtisadiyyat bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin