Azərbaycanlı biznesmen Xalq artisti ilə görüşdü - FOTOLAR

Azərbaycanlı biznesmen Xalq artisti ilə görüşdü -      FOTOLAR

Azərbaycanlı biznesmen Mübariz Mənsimov bir müddət öncə səhhətində yaranmış ciddi problemlə əlaqədar Türkiyəyə aparılan Xalq artisti Yalçın Rzazadə ilə görüşüb.  AYNA xəbər verir ki, Mənsimov görüşlə bağlı "Facebook" hesabında yazıb və şəkillər paylaşıb:


"Uşaqlıq illərindən gördüyün, izlədiyin insanların əbədi olaraq yaşamasını istəyir insan oğlu. Sanki onlara bir şey olarsa, sehr pozulacaq, şirin röyadan ayılacaqsanmış kimi gəlir... Yalçın Rzazadə də bizim üçün heç vaxt itirmək istəmədiyimiz dəyərlərdəndir...Dəyərli sənətkarım, xalq artisti Yalçın bəy, Allah sizə can sağlığı versin. Dəyərli qonağım, uşaqlığımın ən gözəl mahnılarının ifaçısı... Sizi ayaqda görmək məni çox sevindirdi. Çox sevinirəm ki, sizin sağlamlığınızla bağlı probleminizə dərhal reaksiya verildi və bu gün siz burda ən yaxşı həkimlərin nəzarətindəsiniz”.

 

 
Müəllif: Ayna.az      24 İyul 2019 01:09
Mədəniyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin