Əsas səhifə Haqqımızda Xəbər lenti

“Real Madrid” Havertsi ala bilməyib

“Real Madrid” Havertsi ala bilməyib

“Bayer” futbolçu üçün ən azı 100 milyon avro almaq istəyir

 

Almaniyanın "Bayer" futbol klubu yarımmüdafiəçisi Kay Havertsi İspaniyanın “Real Madrid”inə satmaqdan imtina edib. 

 

AYNA-nın “Qafqazinfo”ya istinadən  məlumatına görə, “Kral klubu” 20 yaşlı alman üçün 80 milyon avro təklif edib və oyunçunu daha bir il “Livekuzen”də saxlamağa razı olub, lakin mənfi cavab alıb.  

 

Bildirilir ki, “Bayer” futbolçu üçün ən azı 100 milyon avro almaq istəyir. Havertslə, həmçinin “Bavariya”, “Çelsi” və “Mançester Yunayted” maraqlanır.  

 

Qeyd edək ki, 2019/20 mövsümündə Haverts “Bayer”də 38 matç keçirib, onun hesabında 15 qol və 8 nəticəli ötürmə var. “Transfermarkt.com” portalı futbolçunu 81 milyon avro məbləğində dəyərləndirir.

Müəllif: Ayna.az      6 İyun 2020 03:42
İdman bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin