Çində daha 8 nəfər koronavirusa yoluxub

Çində daha 8 nəfər koronavirusa yoluxub

Çində koronavirusla bağlı son vəziyyət açıqlanıb 

 

Çində ötən sutka ərzində 4 nəfərdə yeni növ koronavirusun aktiv forması və 4 simptomsuz yoluxma halı aşkarlanıb.

 

AYNA xəbər verir ki, bu barədə ölkənin Gigiyena və Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi bildirib.

 

Koronavirus xaricdən gələn ölkə vətəndaşlarında aşkarlanıb. Ötən sutka ərzində koronavirusdan ölən olmayıb.

 

Hazırda 396 simptomsuz koronavirus daşıyıcısı həkimlərin nəzarəti altında saxlanılır.

 

Qeyd edilir ki, ümumilikdə ölkədə koronavirusa yoluxanların sayı 82 999 nəfərə çatıb. Ölkədə müalicə alan 78 302 nəfər sağalıb, 4 634 xəstənin həyatını xilas etmək mümkün olmayıb.

 

Bildirilib ki, ölkə üzrə 79 nəfər müalicə alır.

Müəllif: Ayna.az      30 May 2020 08:29
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin