Fransada ilk yaşandı: Transgender mer seçilib

Fransada ilk yaşandı: Transgender mer seçilib

"İnsanlar transgender olduğum üçün və ya olmadığım üçün məni seçmədilər”

 

Fransada keçirilən seçkidə ilk dəfə transgender şəxs qalib gəlib. AYNA xarici mediaya əsasən xəbər verir ki, Fransanın şimal-şərqindəki Tilloy-lez-Marçiennesdəki məclis Marie Kaunı yeni meri elan edib.

 

Yeni bələdiyyə sədri 55 yaşlı Marie Kau haqqında deyilən “aktivistdir” iddiasını cavablayarkən, yalnız idarəetmə siyasətinə diqqət etmək istədiyini söyləyib.

 

"İnsanlar transgender olduğum üçün və ya olmadığım üçün məni seçmədilər, sadəcə bir vacib proqramı dəstəklədilər", Kau deyib.

 

Fransanın Gender Bərabərliyi naziri Marlen Şiappa yeni merin platformasını dəstəklədiyini bəyan edib. "Trans görünmə və transfobiya ilə mübarizə də siyasi və ictimai vəzifələrin yerinə yetirilməsidir”, nazir bildirib. 

Müəllif: Ayna.az      25 May 2020 19:03
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin