Nazir: “Bəzi ərazilərdə ağacların kəsilməsi labüddür”

Nazir: “Bəzi ərazilərdə ağacların kəsilməsi labüddür”

Muxtar Babayev: “Meşələrdə qurumuş ağaclarla bağlı sanitar işləri davamlı görülür”

 

“Meşələrin, yaşıllıqların qorunması tədbirləri davam edir. Qanunsuz ağac kəsənlər cəzalarını alır”.

 

AYNA xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bugünkü brifinqində Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev deyib.

 

“Amma meşələrdə, bəzi ərazilərdə ağacların kəsilməsi labüddür. Çünki meşələrdə qurumuş ağaclarla bağlı sanitar işləri də davamlı görülür”, - nazir bildirib.

 

“Nəzərə alaq ki, ölkənin illik oduna olan tələbatı 70 min kubmetrdir. Sanitar tədbirlərində əldə olunan odun müxtəlif yerlərə istilik üçün paylanılır, xüsusən regionlardakı orta məktəblərdə, hərbi müəssisələrdə bu odundan istilik əldə etmək üçün istifadə olunur”, - Babayev əlavə edib.

Müəllif: Ayna.az      21 May 2020 18:34
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin