İtaliya sərhədlərini açır

İtaliya sərhədlərini açır

İtaliyada ölkəyə giriş-çıxışla bağlı qadağa ləğv olunur

 

İtaliya hökuməti koronavirusla bağlı karantin tədbirlərini yüngülləşdirməkdə davam edir. AYNA xarici mediaya istinadən xəbər verir ki, hökumət 3 iyun tarixindən etibarən ölkənin qapılarını açacağını bəyan edib. Ölkədən çıxış edənlərə və ölkəyə səyahətə gələnlərə rəsmi qadağa götürülür. 


Eyni zamanda bölgələr arasında indiyə qədər məhdudlaşdırılan gediş-gəliş qadağası da ləğv olunur. 
Bu, iki aydan çoxdur karantin rejimini yaşayan ölkənin zərbə almış iqtisadiyyatını bərpa etmək üçün böyük addımdır.


Qeyd edək ki, pandemiyanın ən böyük böhranını yaşayan ölkələrdən olan İtaliyada bu günə qədər 31600 virus səbəbindən həyatını itirib. 224 min insanda yoluxma faktı qeydə alınıb.

Müəllif: Ayna.az      16 May 2020 18:42
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin