Onu yalnız müharibə xilas edə bilər...

Onu yalnız müharibə xilas edə bilər...

Natiq Cəfərli: “Hələ uzun müddət neftin qiymətində artım gözlənilməməlidir”

 

Neftin ucuzlaşmasının ardından yeni (qismən də olsa) qiymət artımı baş verdi. Hazırda “qara qızıl”ın qiyməti bir barel üçün 30 dollar səviyyəsində sabitləşib. Artım, əsasən iki səbəbdən qaynaqlanır: birincisi, ölkələr pandemiyaya baxmayaraq, karantindən çıxamağa başlayıb; ikincisi, OPEC+ sazişləri işə düşüb.

 

Mövcud vəziyyəti AYNA-ya şərh edən iqtisadçı-ekspert Natiq Cəfərlinin sözlərinə görə, qiymətlərin bir barel üçün 30 dollar ətrafında dəyişməsinə baxmayaraq, ciddi bahalaşma üçün heç bir səbəb yoxdur: “Burada bir neçə aspekt mövcuddur və bu, yalnız karantinlə bağlı deyil. Neft məhsullarının əsas istehlakçılarından biri də turizm sektoru idi. Bu il dünyada turizmin eyni templə işləməyəcəyini nəzərə alsaq, neft məhsullarının istehlakı da dərhal artmayacaq”.

Natiq Cəfərli: “Venesuella neft istehsalı həcmini artıra bilər”

Müsahibimizin fikrincə, pandemiyanın ikinci və üçüncü dalğaları olarsa və karantin rejimləri yenidən tətbiq edilərsə, bu, qlobal iqtisadiyyatın və neft ölkələrinin iqtisadi sistemlərinin tamamilə dağılmasına səbəb ola bilər: “Dünya ölkələrinin karantindən çıxması, neft istehlakının avtomatik artacağını ifadə etmir. İqtisadiyyatın yenidən işləməsi üçün müəyyən vaxt lazımdır. Bundan əlavə, neftin qiymətinin artmasına mane olan texniki problemlər var. Belə ki, müxtəlif ölkələrin ehtiyatları, tankerlər, neft emalı zavodları hamısı doludur. Bu ölkələr nefti aşağı qiymətlərlə alırdı. İndi istehlak artdıqca səhmlərindən istifadə edəcəklər. Bu artıq neft bazardan çıxmayana qədər, neftin qiymətində artım gözləmək lazım deyil”.

 

“Qiymətlər iqtisadi səbəblərdən qalxmaya bilər, yalnız müharibələr olarsa, artım mümkündür. Buna baxmayaraq, hələ uzun müddət neftin qiymətində artım gözlənilməməlidir. Hətta, OPEC+ sazişləri də neftin qiymətinin qalxması üçün yetərli deyil. Ölkələrin neft hasilatının azaldılması ilə bağlı öhdəliklərini necə yerinə yetirəcəyi hələ tam məlum deyil. Rusiya kimi bir ölkə üçün bu, çox çətindir, çünki əsas yataqları soyuq bölgələrdə yerləşir və orada neft hasilatının dayandırılması texniki baxımdan çox mürəkkəb bir prosesdir. Bir çox ekspertlər Rusiyanın öz öhdəliklərini yerinə yetirə biləcəyinə əmin deyil. İşin digər tərəfi OPEC+ sazişinin neft satışına deyil, hasilata nəzarət etməsinə razılıq verməsidir. Demək olar ki, bütün neft istehsal edən ölkələrin indi satacaqları böyük ehtiyatları var”, - Cəfərli vurğulayıb.

 

Qlobal turizm sektorunun iflasının nə ilə nəticələnəcəyi məsələsinə gəldikdə, ekspert bu ili turizm üçün itirilmiş il kimi dəyərləndirib: “2020-ci ildə turizm mövsümü başlamadan bitmiş sayılır. Belə bir turizm mövsümü olmayacaq və bir neçə ölkə artıq bunu elan edib. Məsələn, İngiltərədə bu ölkə vətəndaşlarının xaricdə istirahət edə bilməyəcəklərini və xarici turistlər üçün də məhdudiyyətlərin tətbiq olunacağını elan etdilər. İspaniya bildirdi ki, ölkəyə gələn hər bir turistə 15 gün karantin verilməlidir və yalnız bundan sonra sərbəst istirahətləri mümkündür. Buna görə turizm sektoru üçün bu il iflas olunmuş hesab edilə bilər. Bu da neftin qiymətinə təsir göstərəcək”.

Müəllif: Nicat Hacıyev      17 May 2020 10:51
İqtisadiyyat bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin