Bəşəriyyətə yol açmış otuz kitab - səkkizinci kitab

Bəşəriyyətə yol açmış otuz kitab -     səkkizinci kitab

"Le Deuxième Sexe"

 

"Simona de Bovuar (1908-1986) zadəgan bir ailədən gələn tanınmış fransız yazıçısı, ekzistensial fəlsəfənin ən rəngli nümayəndəsi və feminist hərəkatın ideoloqudu idi".  AYNA xəbər verir ki, bu barədə Türkiyədə yaşayan, tanınmış azərbaycanlı jurnalist İbrahim Nəbioğlu öz "Facebook" hesabında paylaşım edib.

 

"Görkəmli fransız filosofu və yazarı Sartla nigaha qarşı olduğundan uzun illər onun həyat arkadaşı olub. 1949-cu ildə yazdığı "İkinci cins" (fr. Le Deuxième Sexe) Bovuarın kultlaşmış əsəridir. Bu kitab feminist hərəkatın ən əsas fəlsəfi əsəri və feminizmin başlanğıc nöqtəsi sayılır. Əsər tarixboyu qadına qarşı olan münasibətdən bəhs edir.

 

Vatikan tərəfindən yasaqlanan bu kitab 100-dən çox dilə tərcümə olunub. Simona de Bovuar özünün başlıca tezisi olan "Qadın doğulmur, qadın olunur" tezisini ədəbi, sosioloji və ideoloji arqumentlərlə müdafiə edir, qadının yaşadığı problemləri universal şəkildə sinif və sərhəd tanımadan zərif məxluqun ümumbəşəri portretini hazırlayır. Onun əməyi nəticəsində "Qadın doğulmur, qadın olunur" tezisi ilə "cins" və "gender" anlayışları bir-birindən fərqləndirilmişlər".

Müəllif: Ayna.az      20 İyul 2019 03:28
Maraqlı bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin