Əsas səhifə Haqqımızda Xəbər lenti

Rusiyada qeyri-iş günləri başa çatıb

Rusiyada qeyri-iş günləri başa çatıb

65 yaşından yuxarı şəxslər üçün məhdudiyyətlər qüvvədə qalacaq

 

Rusiya Prezidenti Vladimir Putin ölkədə qeyri-iş günlərinin mayın 12-dən başa çatdığını elan edib.

 

AYNA xəbər verir ki, Rusiyada qeyri-iş günləri koronavirus pandemiyası ilə əlaqədar elan olunub. Dövlət başçısı Vladimir Putin bildirib ki, vətəndaşların və iqtisadiyyatın işə başlaması mərhələlərlə həyata keçirilməli, eyni zamanda, bütün təhlükəsizlik qaydalarına riayət olunmalıdır. Rusiya koronavirus epidemiyası ilə mübarizənin növbəti - məhdudiyyətlərin yumşaldılması mərhələsinə keçir. V.Putin vurğulayıb ki, 65 yaşından yuxarı şəxslər üçün məhdudiyyətlər qüvvədə qalacaq.

 

Rusiya regionları rəhbərlərinin məhdudiyyətlərlə bağlı səlahiyyətlərinin də vaxtı uzadılır.

Müəllif: Ayna.az      12 May 2020 02:28
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin