Qırmızı işığa məhəl qoymayanın axırı belə olur – VİDEO

Qırmızı işığa məhəl qoymayanın axırı belə olur –     VİDEO

Hər iki avtomobilə ciddi ziyan dəyib, sürücülər xəsarət alıblar

 

Svetoforun qırmızı işıqğına keçməyin nə dərəcədə təhlükəli bir xəta olduğunu çoxları başa düşür. Amma buna məsuliyyətsiz yanaşanlar da var. Təəssüf ki, bəzi sürücülər son anda da olsa, qırmızıdan keçməyə çalışırlar. Bununla da ağır qəzalar baş verir.

 

AYNA avtosfer.az-a istinadən xəbər verir ki, paytaxtda baş vermiş daha bir qəzanın səbəbi də bu qəbildəndir. “Toyota Prado” markalı avtomobil işıqforun qırmızı işığında yolayrıcını keçməyə çalışır. Bu zaman sağ tərəfdən öz yolu ilə gələn digər nəqliyyat vasitəsinə çırpılır. Nəticədə hər iki avtomobilə ciddi ziyan dəyir, sürücülər xəsarət alırlar.

 

Təhlükəsizlik kamerasına düşən həmin görüntüləri təqdim edirik:

 

Müəllif: Ayna.az      19 İyul 2019 15:26
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin