Əsas səhifə Haqqımızda Xəbər lenti

ABŞ yeni koronavirus testlərini sınaqdan keçirir

ABŞ yeni koronavirus testlərini sınaqdan keçirir

Testlər COVID-19-u aşkar etməyə imkan verəcək

 

ABŞ-ın Qida məhsullarının və Dərmanların keyfiyyəti üzrə Sanitar Nəzarət İdarəsi (FDA) koronavirusla bağlı daha üç yeni test sistemini bəyənib.

 

AYNA “Report”a istinadən xəbər verir ki, bununla da ölkədə artıq yeddi belə test növü qeydə alınıb. Testlər COVID-19-u aşkar etməyə imkan verəcək.

 

Testlərin istehsalı ilə bağlı icazə “DiaSorin”, “Ortho-Clinical Diagnostics” və “Autobio Diagnostics” şirkətlərinə verilib. Bununla belə, onları tətbiq etmək yalnız xüsusi icazə verilmiş laboratoriyalarda mümkündür.

 

Telekanal qeyd edib ki, koronavirus pandemiyası şəraitində test sistemlərinə daha az tələblər var. Buna səbəb kütləvi yoxlamanın xeyri potensial riskləri ötməsidir. FDA etiraf edib ki, hər üç istehsalçının testlərinin nəticələri müsbət və ya mənfi də ola bilər. 

Müəllif: Ayna.az      26 Aprel 2020 13:37
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin