ÜST Trampın təriflədiyi dərman haqda: Effekti yoxdur

ÜST Trampın təriflədiyi dərman haqda: Effekti yoxdur

Təşkilat dərmanla bağlı nəticələri özünün rəsmi səhifəsində yerləşdirib, amma az sonra həmin məlumat saytdan götürülüb

 

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirus əleyhinə dünyada istifadə olunmağa başlanılan məşhur dərman “Remdesivir” ilə bağlı bəyanat yayıb. AYNA xəbər verir ki, ilk kliniki sınaqlarda dərmanının effektli olmadığının təsdiqləndiyi bildirilir.

 

Təşkilatın məlumatına görə, “Remdesivir” nəinki COVID-19 xəstələrinə müsbət təsir etmir, həm də onlarda əlavə təsirlərə yol aça bilər. Maraqlısı ondadır ki, ÜST dərmanla bağlı nəticələri özünün rəsmi səhifəsində yerləşdirib, amma az sonra həmin məlumat saytdan götürülüb.

 

Qeyd edək ki, adıçəkilən dərman bir neçə ölkənin, o cümlədən ABŞ-ın alimləri tərəfdən sınaqdan keçirilmiş, hətta 200-dən çox xəstədə yaxşı təsirlərinin olduğu barədə məlumat verilmişdi. Üstəlik, ABŞ Prezidenti Donlad Tramp öz çıxışlarında və qeydlərində “ümid verən dərman” kimi bəhs etmişdi onun barəsində.

 

Diqqətə çatdıraq ki, “Remdesivir” ABŞ-ın “Gilead Sciences” adlı şirkəti tərəfindən istehsal edilir.

Müəllif: Ayna.az      24 Aprel 2020 12:39
Maraqlı bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin