Əsas səhifə Haqqımızda Xəbər lenti

Tramp immiqrasiyanı ləğv edir

Tramp immiqrasiyanı ləğv edir

ABŞ-da 42 mindən çox insan virusdan həyatını itirib

 

ABŞ Prezidenti Donald Tramp koronavirus səbəbiylə ABŞ-a bütün immiqrasiyanı müvəqqəti olaraq dayandırmaq məqsədilə sərəncam imzalayacağını deyib.

 

AYNA xarici mediaya əsasən xəbər verir ki, ABŞ lideri “Twitter”də yazdığı fikirdə bunları bildirib k: “Görünməz düşməndən edilən hücum" olsa da,  amerikalıların iş yerlərini qoruması vacibdir”.

 

Amma o, insanların və immiqrantların iş yerlərini necə saxlaması baradə əlavə məlumat verməyib.

 

Tənqidçilər Trampın bu ikibaşlı fikirini belə izah ediblər ki, hökumət pandemiyadan mühacirəti ləğv etmək üçün istifadə edir.

 

Qeyd edək ki, ABŞ-da pandemiya və karantin səbəbindən iqtisadi vəziyyət günü-gündən pisləşməyə doğru gedir. Ötən gün neftin qiymətinin ən aşağı qiymətə düşməsi isə insanlarda ümidsizlik yaradıb. Son dörd həftə ərzində 20 milyondan çox amerikalı işsiz qalıb. Bu, işəgötürənlərin əvvəlki on il ərzində əlavə etdikləri qədər çox sayda iş yeri deməkdir.

 

Hazırda ABŞ-da 42 mindən çox insan virusdan həyatını itirib, 126 minə yaxın insanda Covid-19-a yoluxma faktı təsdiqlənib.

Müəllif: Ayna.az      21 Aprel 2020 14:43
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin