ABŞ neftinin qiyməti mənfiyə düşüb

ABŞ neftinin qiyməti mənfiyə düşüb

Neftin bir bareli -13,98 dollar olub

 

"West Texas Intermediate" (WTI və ya "Texas Light sweet") markalı neftin may füçerslərinin dəyəri tarixdə ilk dəfə mənfiyə düşüb.

 

AYNA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Nyu-York ticarət birjasının yeni dövriyyəsinin nəticələrində əks olunub.

 

May ayında tədarük qiymətləri 162 faiz düşərək bir bareli -13,98 dollar olub. Londonun ICE birjasında isə qiymət 104 faiz düşərək -0,75 dollar təşkil edib.

 

Belə görünməmiş qiymətlər çərşənbə axşamının bu neftin satışının son günü olacağı ilə izah olunur. Eyni zamanda, bu xammal nefti saxlayacaq yer yoxdur - tələb kəskin şəkildə aşağı düşüb və saxlanc yerləri, demək olar ki, doludur.

 

“Texas light” neftinin iyun füçersləri də 18 faiz azalaraq 20 dollara qədər, Şimal dənizinin “Brent” markalı neft qarışığı isə təxminən 10 faiz azalaraq bir barelinin qiyməti 25,43 dollara enib.

Müəllif: Ayna.az      20 Aprel 2020 23:06
İqtisadiyyat bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin