Taksi sürücülərinə şad xəbər

Taksi sürücülərinə şad xəbər

Son 6 ayda mütəmadi olaraq fərqlənmə nişanı alan taksi sürücülərinə üstünlük veriləcək

 

Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin yaxşı xəbəri var. Belə ki, taksi sürücüləri artıq Azərpoçtdan da fərqlənmə nişanını əldə edə biləcəklər.

 

Əziz taksi sürücüləri, istənilən bölgəmizdə də siz “Azərpoçt”un mərkəzi filialına yaxınlaşmaqla fərqlənmə nişanını asanlıqla ala biləcəksiniz. Bu sənədi əldə etdikdən sonra sizin haqqınızda məlumat "icaze.e-gov.az" saytına yerləşdiriləcək və sərbəst işinizin başında olacaqsınız.

 

RÜSUM: Sumqayıt və Gəncə üzrə üzrə 13 manat 50 qəpik, bölgələr üzrə isə 9 manat.

 

DİQQƏT! Son 6 ayda mütəmadi olaraq fərqlənmə nişanı alan taksi sürücülərinə üstünlük veriləcək.

 

NİYƏ? - Ona görə ki, yaranan vəziyyətlə bağlı hamı fərqlənmə nişanı almaq istəyir ki, yollarda rahat hərəkət etsin. Yəni, ellikcə, hər variantdan öz xeyrimizə necə yararlana bilməyin bir yolunu tapmağa cəhd edirik və sayəmizdə yüzlərlə insanın işinə əngəl yaradırıq. Qurum da məcbur olur bunun qarşısını almaq üçün hansısa şərtlər üzərindən məsələyə yanaşsın.

 

Bakıdakı taksilər bəs? - DYP açıqlama vermişdi ki, Bakıda ancaq və ancaq şirkətlərdə çalışan və məlumatları icaze.e-gov.az portalına yerləşdirilənlər işləyəcək, karantin bitənə qədər. Əks halda 211-ci maddəni və 100 manatı gözə almanız lazım olacaq.

 

SUAL: Özüm fərdi qaydada icaze.e-gov.az`da qeydiyyata düşə bilərəmmi?

CAVAB: Xeyr, keçə bilməyəcəksiniz.

 

SUAL: Yeni fəaliyyətə başlayanlar necə olsun?

CAVAB:  Gözləməli olacaqsınız. Yalnız karantin müddəti başa çatandan sonra müraciət edə bilərsiniz.

 

Əzizə İsmayılova, jurnalist, radio-aparıcı

Müəllif: Ayna.az      6 Aprel 2020 16:44
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin