Məkkə və Mədinədə komendant saatı elan edilib

Məkkə və Mədinədə komendant saatı elan edilib

Koronavirus təhlükəsinə qarşı tədbirlər davam etdirilir 

 

Yeni növ koronavirus pandemiyası ilə bağlı Səudiyyə Ərəbistanının Məkkə və Mədinə şəhərlərində 24 saat ərzində komendant saatı elan edilib. 

 

AYNA xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

 

Nazirliyin məlumatında qeyd olunub ki, cümə axşamı günündən etibarən tətbiq olunan komendant saatında insanlara yalnız səhər saat 6:00-dan günorta 15:00-dək ərzaq və dərman almaq üçün küçəyə çıxmağa icazə veriləcək. Sakinlərə yaşadıqları evlərdən çıxmamaq bərədə xəbərdarlıq edilib. Sözügedən şəhərlərdə ərzaq mağazaları və apteklər istisna olmaqla, bütün kommersiya fəaliyyəti qadağan edilib.

 

Qeyd edək ki, Səudiyyə Ərəbistanında indiyədək COVID-19 virusuna 1885 nəfər yoluxub, 21 insan isə həyatını itirib.

Müəllif: Ayna.az      3 Aprel 2020 06:18
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin