Stoltenberq: "Ukraynada silahlar sussa belə, biz Rusiya ilə münasibətlərimizin normallaşacağını gözləməməliyik"
“Ukrayna münaqişəsinin həllindən sonra da Rusiya ilə Qərb arasında münasibətlərin normallaşması gözlənilmir”. AYNA xəbər verir ki, bu sözləri NATO-nun baş katibi Yens Stoltenberq “Handelsblatt”a müsahibəsində deyib.
Alman nəşrinin jurnalistləri ilə söhbət edən Şimali Atlantika Alyansının rəhbəri əmin edib ki, münasibətlər əvvəlki kimi olmayacaq.
"Ukraynada silahlar sussa belə, biz Rusiya ilə münasibətlərimizin normallaşacağını gözləməməliyik", - Stoltenberq vurğulayıb.