Moldova Prezidenti Rusiya qoşunlarının ölkədən çıxarılmasını tələb etdi

Dünya

19.05.2022 - 06:55

Həkimlər Klinikalar SEO Xidməti

“Rusiya hərbçilərinin Dnestryanı bölgədə olması neytrallığı və müstəqilliyimizi pozur”

“Dnestryanı bölgədə rusiya qoşunlarının olması Moldovanın neytral statusuna ziddir”. AYNA TASS-a istinadən bildirir ki, bu sözləri Moldova Prezidenti Mayya Sandu bəyan edib.

Prezident qeyd edib ki, Moldova Konstitusiyasına görə, Moldova neytral ölkədir və bunu vətəndaşları da dəstəkləyir: “Lakin Rusiya hərbçilərinin Dnestryanı bölgədə olması neytrallığı və müstəqilliyimizi pozur. Ona görə də biz Rusiya hərbçilərinin ölkəmizin ərazisindən çıxarılmasını tələb edirik”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş