Məktəb direktorunun səs yazısı ilə bağlı araşdırma aparılır

Cəmiyyət

15.12.2021 - 14:28

BŞTİ-nin müdiri: "Müxtəlif istiqamətlər üzrə günahı olan şəxslər var"

Məktəb direktorunun yayılan səs yazısı ilə bağlı araşdırma aparılır. AYNA xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva jurnalistlərə açıqlamasında bildirib.

"Bu məsələ ilə bağlı araşdırma aparılır. Araşdırmaların nəticələri barədə ictimaiyyətə açıqlama veriləcək. Müxtəlif istiqamətlər üzrə günahı olan şəxslər var. Bütün bunların hamısına hüquqi qiymət veriləcək", - deyə Vəliyeva qeyd edib.

Xatırladaq ki, sosial şəbəkələrdə 189-190 nömrəli tam orta məktəbin direktoru Ceyran Quliyevanın müəllimlərdən pul yığılması ilə bağlı səs yazısı yayılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş