Sabahın hava proqnozu açıqlandı

Cəmiyyət

01.01.2020 - 14:25

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq

 

Sabaha gözlənilən hava proqnozu açıqlanıb. 

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AYNA-ya verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında əsasən yağmursuz olacaq. Səhər və axşam bəzi yerlərdə zəif duman, çiskin gözlənilir.

 

Şimal-qərb küləyi günün ikinci yarısında arabir güclənəcək. Havanın temperaturu gecə 3-6° isti, gündüz 8-12° isti, Bakıda gecə 4-6° isti, gündüz 10-12° isti olacaq.

 

Atmosfer təzyiqi normadan yüksək olacaq, 762 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq.

 

Azərbaycanın rayonlarında gözlənilən hava şəraitinə gəlincə, hava əsasən yağmursuz olacaq. Lakin axşam bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Gündüz arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu gecə 0-5° isti, gündüz 7-12° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 1-6° isti olacaq.

Müəllif: Ayna.az