Bakalavriat səviyyəsində hazırlıq qruplarından nə xəbər?

Cəmiyyət

19.09.2019 - 16:08

Əvvəlcədən deyilmişdi ki, hazırlıq qrupları 2018-ci ildən fəaliyyətə başlayacaq, sonra deyildi ki, 2019-cu ildə mütləq olacaq

 

Xatırlayırsızsa, “Təhsil haqqında” qanuna edilən dəyişikliyə əsasən, Azərbaycandakı ali təhsil müəssisələrində ixtisaslar üzrə bakalavriat səviyyəsində birillik ödənişli hazırlıq qrupları təşkil olunmalı idi.

 

Belə ki, Nazirlər Kabinetinin 2017-ci il 8 fevral tarixli 39 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 2, maddə 292) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”na aşağıdakı məzmunda 5.10-cu bənd əlavə edilib.

 

Müsabiqənin nəticələri elan olunduqdan sonra, Azərbaycan Respublikası Təhsil Nazirliyinin müəyyən etdiyi ali təhsil müəssisələri və ixtisaslar üzrə bakalavriat səviyyəsində hazırlıq qruplarının yerləri elan edilir, ali təhsil müəssisələrinə qəbul olunmayan abituriyentlər tərəfindən bu Qaydaların 4.2-4.4-cü bəndlərinə uyğun olaraq ixtisas seçimi həyata keçirilir və həmin yerlərə Dövlət İmtahan Mərkəzi tərəfindən müsabiqə yolu ilə yerləşdirilmə aparılır.

 

Qısası, əvvəlcədən deyilmişdi ki, hazırlıq qrupları 2018-ci ildən fəaliyyətə başlayacaq, sonra deyildi ki, 2019-cu ildə mütləq olacaq. Amma hələdə bir xəbər yoxdur. Yazdım ki, birdən aidiyyəti qrumlar unudar.

Müəllif: Kamran Əsədov, təhsil eksperti