MAQATE-dən İranın uranı 84 faiz zənginləşdirməsi iddiasına reaksiya

Dünya

20.02.2023 - 09:43

cedabet dərman SEO Xidməti

“Lazım gələrsə, bu barədə MAQATE Rəhbərlər Şurasına məlumat veriləcək”

“MAQATE İranda uranın zənginləşdirilməsi səviyyəsi ilə bağlı son günlər KİV-də yayılan məlumatlardan xəbərdardır”. AYNA xəbər verir ki, bu sözlər Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) İranın uranı 84 faizədək zənginləşdirməsi ilə bağlı iddialara münasibətində əksini tapıb.  

Agentliyin “Twitter” səhifəsində qurumun baş direktoru Rafael Qrossinin adından yazılan ifadələrdə qeyd edilib ki, MAQATE İranla agentliyin son monitorinq fəaliyyətinin nəticələrini müzakirə edir: “Lazım gələrsə, bu barədə MAQATE Rəhbərlər Şurasına məlumat veriləcək”.

Qeyd edək ki, “Bloomberg” agentliyi İranda 84 faiz zənginləşdirilmiş uranın aşkar edildiyini yazıb. Qeyd olunur ki, uranın bu faizdə zənginləşdirilməsi nüvə silahı yaratmaq üçün tələb olunan səviyyədən bir qədər aşağıdır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş