Malayziyanın ABŞ-dakı səfiri Dövlət Departamentinə çağrılıb

Dünya

24.07.2026 - 22:59

"İsrail Dövlətini və ya sionist rejimi tanımamaq Malayziyanın uzunmüddətli və ardıcıl mövqeyidir"

Malayziyanın ABŞ-dakı səfiri Şahrul İkram Yaakob İsrailin tanınmaması və İsrail vətəndaşlarının ölkəyə giriş qadağası ilə bağlı ölkəsinin rəsmi mövqeyini izah etmək üçün Dövlət Departamentinə çağırılıb. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə Malayziyanın xarici işlər naziri Məhəmməd Həsən deyib.

Qeyd edib ki, Kuala Lumpurun İsrailə qarşı mövqeyi dəyişməz olaraq qalır və ölkənin dövlət siyasətində təsbit olunub.

"Bernama" qəzeti Həsənin sözlərini sitat gətirib: "İsrail Dövlətini və ya sionist rejimi tanımamaq Malayziyanın uzunmüddətli və ardıcıl mövqeyidir".

Nazir əlavə edib ki, ABŞ və İsrail pasportları olan bir vətəndaş bu yaxınlarda Amerika sənədi ilə Malayziyaya daxil olub. Hakimiyyət onun İsrail vətəndaşlığını təsdiqlədikdən sonra kişidən ölkəni tərk etməsi istənilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş