Hərbi Hava Qüvvələri Ukrayna paytaxtına ballistik raket hücumu barədə xəbərdarlıq edib
Kiyevdə baş verən partlayışlara ballistik raketlər səbəb olub. AYNA.AZ xəbər verir ki, bu barədə “RBC-Ukraine” telekanalının “Telegram” kanalı məlumat yayıb.
"Kiyevdə partlayış səsləri eşidilib. Hərbi Hava Qüvvələri paytaxta ballistik raket hücumu barədə xəbərdarlıq edib", - deyə bəyanatda bildirilib.
Kiyev meri Vitali Kliçko da bu açıqlamanı verib. O, əlavə edib ki, şəhərdə hava hücumundan müdafiə qüvvələri fəaliyyət göstərir.