Soçi hava limanında 47 reys təxirə salınıb

Dünya

24.07.2026 - 12:02

Gecikmələr həm gedən, həm də hava limanına gələn reysləri əhatə edir

Rusiyanın Soçi Beynəlxalq Hava Limanında 47 aviareys təxirə salınıb. AYNA.AZ TASS-a istinadən bildirir ki, gecikmələr həm gedən, həm də hava limanına gələn reysləri əhatə edir. Gecikmələrin müddəti bir saatdan altı saata qədər dəyişir.

Məlumata görə, son günlər Soçi hava limanında uçuşların gəlişi və yola salınmasına müvəqqəti məhdudiyyətlər tətbiq olunur. Sonuncu belə məhdudiyyət iyulun 22-də tətbiq edilib və təxminən iki saat sonra aradan qaldırılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş