59 yaşlı məşqçi 2030-cu ilin iyul ayına qədər müqavilə imzalayıb
Yürgen Klopp Almaniya milli komandasının yeni baş məşqçisi təyin edilib. AYNA.AZ xəbər verir ki, bu barədə Almaniya Futbol Assosiasiyasının rəsmi saytında məlumat yerləşdirilib.
59 yaşlı məşqçi 2030-cu ilin iyul ayına qədər müqavilə imzalayıb.
Bu gün Klopp rəsmi olaraq ictimaiyyətə Almaniya milli komandasının yeni baş məşqçisi kimi təqdim edilib.
Təcrübəli məşqçi bildirib ki, Almaniya milli komandasına rəhbərlik etmək onun üçün “böyük şərəfdir” və komandanı yenidən uğura aparmaq üçün əlindən gələni edəcək.
Klopp məşqçilik karyerası ərzində "Mainz", "Borussiya Dortmund" və "Liverpul" komandalarını çalışdırıb.
O Julian Naqelsmannın yerinə keçib və 2030-cu il Dünya Kubokunun sonuna qədər Almaniya milli komandasına rəhbərlik edəcək.