“Real” “Valensiya”ya qalib gəldi

İdman

15.02.2021 - 05:23

Madrid klubu turnir cədvəlində 49 xalla ikinci yerdə qərarlaşıb

 

İspaniya çempionatının 23-cü turu çərçivəsində Madrid “Real”ı 2:0 hesabı ilə “Valensiya”nı məğlub edib.

 

AYNA-nın xəbərinə görə, bununla da, Madrid klubu turnir cədvəlində 49 xalla ikinci yerdə qərarlaşıb.

 

“Real”ın əzəli rəqibi “Barselona” 46 xalla üçüncü yerdədir. İlk pilləni isə 54 xala sahib “Atletiko” tutur.

Müəllif: Ayna.az