UEFA Avropa çempionatlarından birini ləğv edib

İdman

21.10.2020 - 00:38

Həkimlər Klinikalar SEO Xidməti

U-19 Avropa çempionatı U-20 dünya çempionatına təsnifat xarakteri daşıyırdı

 

19 yaşadək futbolçular arasında Avropa çempionatının elit və Şimali İrlandiyada keçirilməli olan final mərhələləri ləğv olunub.

 

AYNA-nın məlumatına görə, bu barədə qərarı UEFA İcraiyyə Komitəsi qəbul edib. Səbəb kimi Avropada hələ həll olunmayan epidemioloji situasiyada səfərlərlə bağlı çətinliklər göstərilib.

 

2019/2020 mövsümündə U-19 Avropa çempionatı 2021-ci ilin mayında keçirilməli olan U-20 dünya çempionatına təsnifat xarakteri daşıyırdı. Qitə birinciliyinin ləğvi ilə əlaqədar UEFA Avropaya ayrılan 5 yerin seçmə mərhələnin əmsallar reytinqində ilk 5 yerdə qərarlaşan ölkələrə verilməsini məqsədəuyğun sayıb. Bu səbəbdən, İngiltərə, Fransa, İtaliya, Niderland və Portuqaliya dünya çempionatına vəsiqə qazanıb.

Müəllif: Ayna.az