Rumıniya hava məkanında naməlum PUA vurulub

Dünya

24.07.2026 - 14:59

“F-16 qırıcı təyyarəsində olan rumıniyalı pilot ölkəmizin hava məkanına daxil olan pilotsuz təyyarəni vurub”

Rumıniyaya məxsus F-16 qırıcı təyyarəsi Rumıniya hava məkanına daxil olan naməlum pilotsuz uçuş aparatını (PUA) vurub. AYNA.AZ xəbər verir ki, bu barədə Rumıniya Prezidenti Nikusor Dan sosial media platforması “X”də yazıb.

Dövlət başçısı yazıb: "Bu səhər, saat 11:00 radələrində F-16 qırıcı təyyarəsində olan rumıniyalı pilot ölkəmizin hava məkanına daxil olan pilotsuz təyyarəni vurub".

Onun sözlərinə görə, mütəxəssislər hazırda hadisənin bütün təfərrüatlarını müəyyən etmək üçün dron qəzaya uğradığı ərazini araşdırırlar.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş