Danielyan: "Ermənistan hakimiyyəti ölkədə tam qorxu mühiti yaradıb."

Dünya

24.07.2026 - 17:56

“Müxalifət baxışlarına sahib olmaq cinayət əməlinə çevrilib"

“Ermənistanın hakim partiyası müxalifət xadimlərini və müxalif baxışlı vətəndaşları terrora məruz qoymağı, həbs etməyi hədəfləyir”. AYNA.AZ erməni mediasına istinadən bildirir ki, bu sözləri Ermənsitanın müxalifət siyasətçisi Qarnik Danielyan Dövlət Gəlirləri Komitəsinin binasının qarşısında jurnalistlərə verdiyi müsahibədə deyib.

O bildirib ki, "ölkədə tam qorxu atmosferi hökm sürür; müxalifət baxışlarına sahib olmaq cinayət əməlinə çevrilib".

Siyasətçi tanınmış iş adamı və investor Qaqik Tsarukyanla bağlı hadisəni hakimiyyət tərəfindən başlanan siyasi təqib kimi xarakterizə edib: "Hüquq sistemi işlək deyil, təqsirsizlik prezumpsiyası ləğv edilib. İnsanlar bir nəfərin əmri ilə həbs olunur. Beynəlxalq təşkilatlar və insan haqları fəalları isə susublar”.

Məsuliyyət məsələsinə toxunan müxalifətçi sükutun nəticələri ilə bağlı məşhur bir zarafatı xatırladıb: "Onlar da sizin dalınızca gələcəklər".

Siyasətçi xəbərdarlıq edib ki, “əgər bu hakimiyyətlər aradan qaldırılmasa, ölkə iqtisadiyyatı məhv olacaq”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş