Ukrayna Prezidenti gələn həftə ABŞ-a səfəri zamanı Donald Trampla görüşəcək
Ukrayna Prezidenti Volodimir Zelenski gələn həftə ABŞ-a səfəri zamanı ABŞ Prezidenti Donald Trampla görüşəcək.
AYNA.AZ xəbər verir ki, bu barədə "Obşçestvennoye" “Telegram” kanalı diplomatik mənbələrə istinadən məlumat yayıb.
Zelenskinin ABŞ-a səfəri 28 iyula planlaşdırılıb. Siyasətçi səfəri çərçivəsində senator Lindsi Qremin dəfn mərasimində də iştirak edəcək.