Si Cinpin sentyabrda ABŞ-a səfər edəcək

Dünya

24.07.2026 - 10:47

Donald Tramp: "Mən Pekində olanda süni intellekt haqqında danışdıq və bu barədə yenidən danışacağıq"

Çin lideri Si Cinpin 24 sentyabrda ABŞ-a səfər edəcək. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp jurnalistlərlə görüşündə deyib.

"Mən Pekində olanda süni intellekt haqqında danışdıq və bu barədə yenidən danışacağıq", - deyə Amerika prezidenti bildirib.

Si Cinpinin səfəri Donald Trampın Çinə səfərinə qarşılıq olacaq. Amerika Prezidenti may ayında Çinə səfər edib. O, səfəri "böyük uğur" adlandırıb. Çin tərəfi sammitdən "əhəmiyyətli nəticələr" əldə edildiyini bildirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş