CHP-nin sabiq sədri "Yeni Partiya" yaradıb
Türkiyədə Cümhuriyyət Xalq Partiyasının (CHP) keçmiş sədri Özgür Özel və onu dəstəkləyən 91 millət vəkili partiyadan istefa verib. AYNA.AZ xəbər verir ki, bu barədə NTV telekanalı məlumat yayıb.
Bildirilib ki, Özgür Özel istefasını Türkiyə Böyük Millət Məclisində keçirdiyi mətbuat konfransında açıqlayıb.
İstefa verən 91 deputat yeni siyasi partiyanın təsisçiləri sırasında yer alacaq.
Özel yaratdığı “Yeni Partiya”nın texniki qeydiyyatının millət vəkillərinin iştirakı ilə həyata keçirildiyini, siyasi fəaliyyətə isə avqust-sentyabr aylarında rəsmi başladılacağını bəyan edib.
O yaratdığı partiyanın adının "Yeni Partiya" olacağını deyib.