Palata Donald Trampdan İrana qarşı hərbi əməliyyatlara son qoyulmasını tələb edən qətnaməni təsdiqləyib
ABŞ Nümayəndələr Palatası ABŞ Prezidenti Donald Trampdan İrana qarşı hərbi əməliyyatlara son qoyulmasını tələb edən qətnaməni təsdiqləyib.
AYNA.AZ xarici mediaya istinadən bildirir ki, səənədin 214 lehinə, 208 əleyhinə səs verilib. Təşəbbüsü digərləri ilə yanaşı, hakim Respublikaçılar Partiyasını təmsil edən Nümayəndələr Palatasının dörd üzvü də dəstəkləyib.
Qətnamə "Prezidentə ABŞ Silahlı Qüvvələrinin İran İslam Respublikasına qarşı döyüşdə istifadəsini dayandırmağı tapşırır" və mümkün quru əməliyyatlarını faktiki olaraq qadağan edir. Lakin bu, ABŞ icra hakimiyyəti üçün məcburi deyil və tövsiyə xarakteri daşıyır. Bu cür sənədlərdə qanunvericilər öz mövqelərini bildirirlər. ABŞ administrasiyasının onları görməməzlikdən gəlmək hüququ var.
ABŞ Konstitusiyası müharibə elan etmək səlahiyyətini Prezidentə deyil, Konqresə verir. Lakin son onilliklərdə Amerika liderləri qanunvericilər tərəfindən xaricdə hərbi güc tətbiq etmək, o cümlədən mahiyyət etibarilə yeni əməliyyatlara başlamaq üçün verilən səlahiyyətləri çox geniş şəkildə şərh ediblər.