Lavrov: “Qərb Rusiyanın sərhədlərini dəyişmək istəyir”

Dünya

23.01.2023 - 17:41

“Onlar birbaşa deyirlər ki, Rusiyanı 1991-ci il sərhədlərinə qaytarmaq lazımdır"

“Qərb Rusiyanın sərhədlərini dəyişmək istəyir”. AYNA rus mediasına istinadən bildirir ki, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

Cənubi Afrika Respublikasından olan həmkarı Naledi Pandorla görüşdən sonra nazir jurnalistlərin bir neçə sualını cavablandırıb. Onun sözlərinə görə, Qərb açıq şəkildə Kiyevə xəbərdarlıq edir ki, Ukrayna tərəfinin Rusiya ilə danışıqlara başlaması hələ tezdir.

“NATO-nun baş katibi Yens Stoltenberq və Avrodiplomatiya rəhbəri Cozef Borrell Rusiya tərəfini məğlub etmək üçün gücü birləşdirməyə çağırıblar. Onlar birbaşa deyirlər ki, Rusiyanı 1991-ci il sərhədlərinə qaytarmaq lazımdır", - Lavrov vurğulayıb.

Eyni zamanda, Lavrov qeyd edib ki, Kiyev qərarlarında, o cümlədən, potensial danışıqların qəbulunda müstəqil deyil.

Müəllif: Ayna.az