Kral III Çarlzın tacqoyma mərasiminin vaxtı açıqlanıb

Dünya

12.10.2022 - 05:53

Həkimlər Klinikalar SEO Xidməti

Kral həyat yoldaşı Kraliça Kamilla ilə birlikdə tac taxacaq

Kral III Çarlzın tacqoyma mərasimi gələn il mayın 6-da keçiriləcək. AYNA-nın APA-ya istinadən xəbərinə görə, bu barədə Bukinqem Sarayı məlumat yayıb.

Dini mərasim Londonda “Westminster Abbey”də keçiriləcək və mərasimi Kenterberi arxiyepiskopu Castin Uelbi aparacaq.

Kral həyat yoldaşı Kraliça Kamilla ilə birlikdə tac taxacaq.

Qeyd edək ki, tacqoyma mərasiminin əvvəlki mərasimlərdən daha təvazökar və daha qısa olacağı ehtimal edilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş