Kobaxidze: “Avropalı tərəfdaşlarımız Gürcüstanla münasibətləri əldən verdilər”

Dünya

17.05.2025 - 21:43

Həkimlər Klinikalar SEO Xidməti

“Avropa ölkələri liderləri başa düşürlər ki, Gürcüstanla, Gürcüstan hökumətinin rəhbərləri ilə danışmaq lazımdır”

“Avropa ölkələri liderləri başa düşürlər ki, Gürcüstanla, Gürcüstan hökumətinin rəhbərləri ilə danışmaq lazımdır”. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze Avropa Siyasi Birliyinin Albaniyada keçirilən sammitindən sonra deyib.

Avropa İttifaqı Şurasının prezidenti Antonio Kostanın dəvəti ilə Kobaxidze mayın 16-da Tiranada keçirilən Avropa Siyasi Birliyinin sammitində iştirak edib.

Kobaxidzenin sözlərinə görə, o sammitdə 30-a yaxın siyasi liderlə ünsiyyət qurmaq imkanı əldə edib və “dəyirmi masa” zamanı “Gürcüstana qarşı bəzi ədalətsizliklərin dəyişdirilməsinin zəruriliyini” vurğulayıb.

"Bildiyiniz kimi, ünsiyyətdə müəyyən məhdudiyyətlər var idi və gördüyünüz kimi, bizim avropalı tərəfdaşlarımız Gürcüstanla münasibətləri əldən verdilər. Reallıqda hamı başa düşməlidir ki, Gürcüstan Avropa üçün, xüsusən də Avropa İttifaqı üçün çox mühüm rol oynayır. Bizim regionda rolumuz çox önəmlidir. Buna əsaslanaraq, son nəticədə hamı, Avropa ölkələrinin liderləri başa düşür ki, Gürcüstanla danışmaq lazımdır”, - Kobaxidze bildirib.

Qeyd edək ki, Kobaxidze Tiranada yalnız Slovakiya və Macarıstandan olan həmkarları Robert Fiko və Viktor Orban, həmçinin Serbiya Prezidenti Aleksandr Vuçiçlə görüşüb. Onlar hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” Partiyasının Aİ-də yeganə müttəfiqləridir və “Gürcü Arzusu” kimi onlar da tez-tez hakimiyyətdən sui-istifadədə, demokratiyaya zərbə vurmaqda və Kremllə sıx əlaqələrdə ittiham olunurlar.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş