Kiyevə dron hücumu: 2 nəfər ölüb

Dünya

17.10.2022 - 14:41

Həkimlər Klinikalar SEO Xidməti

Yaralılar xəstəxanaya yerləşdirilib

Bu gün Rusiyanın kamikadze pilotsuz təyyarəsinin hücumu nəticəsində partlayışın baş verdiyi Kiyevin Şevçenkivski rayonunda evin dağıntıları altından ölmüş qadının cəsədi çıxarılıb. AYNA xəbər verir ki, bu barədə Kiyev meri Vitali Kliçko bildirib.

"Şevçenkivski rayonunda pilotsuz təyyarənin hücumu nəticəsində partlayış baş verən evin dağıntıları altından ölü qadının cəsədi çıxarılıb. Daha bir nəfər dağıntılar altındadır", - mer qeyd edib.

Onun sözlərinə görə, axtarış-xilasetmə işləri davam edir. Üç zərərçəkən xəstəxanaya yerləşdirilib.

Qırmızı Xaç Cəmiyyətinin nümayəndəsi Taras Loqinovun sözlərinə görə, Kiyevdə dronların hücumuna məruz qalan evdə ölən qadının yaşı 60-dan çoxu olub. Yaralı qadın da təxminə eyni yaşdadır.

Qeyd edək ki, bu gün Kiyevdə səhər saat 6:23-də hava xəbərdarlığı elan edilib və təxminən üç saat davam edib.

Sonradan məlum oldu ki, Rusiya ordusu Kiyevə kamikadze dronlarla hücum edib.

Prezident Vladimir Zelenski Kiyevə hücumlara münasibət bildirib: "Düşmən bütün gecə və səhər dinc əhalini dəhşətə gətirir. Kamikadze pilotsuz təyyarələr və raketlər bütün Ukrayna ərazisinə hücum edir. Kiyevdə yaşayış binası vurulub. Düşmən şəhərlərimizi vura bilər, amma bizi sındırmayacaq. Biz uğur qazanacağıq. İşğalçıları yalnız ədalətli cəza və gələcək nəsillərin pisləməsi gözləyir. Qələbə bizimdir".

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş